Zəlzələ Suriya, Livan, Misir və Kiprdə də dağıntılar yaradıb, xeyli sayda ölən var - VİDEO

6 Fevral 2023 09:32

Suriyada, Livanda, Misirdə və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.

Milli.Az bildirir ki, Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb.

Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı.

Milli.Az