"48 min manat borc vermişəm, qaytarmırlar"

6 Fevral 2023 20:40

"Qazandığım pulları borca vermişəm. Adını desəm, evi yıxılar. 5 min bir vermişəm, 2 min, 1500 min bir. 30 min də birinə vermişəm. Həyaları var? Vermirlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Həmin Zaur" verilişində deyib. Müğənni bir çox insana borca pul verdiyini, amma geri ala bilmədiyini söyləyib:

"Ev aldım, təmir etdirə bilmədim. Borc verdiklərimin içərisində yaaxın tanışlarım, qohumlarım da var içərisində. İnanıram ki, qaytaracaqlar. Hələ 10 min manat da biri götürüb qaçıb. Allah rəhmət eləsin".

Milli.Az