Duet ortaqları evlənir

6 Fevral 2023 20:16

Gənc müğənnilər Dahin (Nihad Məlikov) və Dari (Türkan Heydərova) evlənir.

Milli.Az olay-a istinadən xəbər verir ki, cütlüyün toyu 28 fevralda şəhər məkanlarının birində baş tutacaq.

2 ildir duet ortağı olan ifaçıların eşq münasibəti isə 1,5 il öncə başlayıb. Onlar sevgili olduqlarını hər kəsdən gizlədiblər. Hətta yaxın dostları da bu münasibətdən xəbərsiz olub.

Qeyd edək ki, ifaçılar sosial mediada "mash up"ları ilə məşhurlaşıblar. Dari "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olub, Dahinin isə bir çox hit mahnıda musiqiçi kimi imzası var.

Milli.Az