Cenevrə danışıqlarının həmsədrləri Tbilisiyə gəliblər

14 May 2010 12:04
Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin məlumatına əsasən, həmsədrlər Tbilisidə görüşlər keçirəcək və 8 iyunda nəzərdə tutulmuş danışıqların 11-ci raundunda gündəliyə daxil olan məsələləri müzakirə edəcəklər.

Kalanidze bildirib: "Həmsədrlər XİN başçısı Giqoy Bokeri ilə görüşəcək və onların Tbilisidə nəzərdə tutulmuş görüşlərinin dəqiq qrafikini təyin edəcəklər".

Görüş çərçivəsində həmsədrlər Sxinvalidə olmuş və tanınmamış Cənubi Osetiya respublikasının rəhbərliyi ilə gündəliyi müzakirə ediblər.

/Trend/