Çin də ABŞ təyyarəsini vura bilər - Ekspert

6 Fevral 2023 08:42

ABŞ-ın Çin mülki pilotsuz uçan aparatını vurması Vaşinqton-Pekin münasibətləri üçün çox pis presedent yarada bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə çinli ekspert Lu Xianq deyib.

"Əgər ABŞ mülki və hərbi təyyarələr arasında fərq qoymursa, o zaman Çin-ABŞ münasibətləri üçün çox pis presedent yaranıb", - o bildirib.

O qeyd edib ki, ABŞ mülki aviasiya adı altında bəzən Tayvan boğazında, Cənubi Çin dənizində, Şərqi Çin dənizində kəşfiyyat fəaliyyəti həyata keçirir.

"Əgər ABŞ buna fərq qoymursa, Çin fərq qoymalıdırmı? Çin də cavab verməlidirmi? ABŞ nəticələrini diqqətlə düşünməlidir", - ekspert əlavə edib.

Milli.Az