Tehran və Moskva gizli danışıq aparır

6 Fevral 2023 08:34

İran Rusiya ilə PUA istehsalı sahəsində əməkdaşlığa dair gizli danışıqları davam etdirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

Məlumata görə, yanvarın əvvəlində İranın yüksək səviyyəli nümayəndə heyəti PUA istehsalı üçün yeni zavodun tikintisinə razılıq vermək məqsədilə Rusiyaya səfər edib. Səfər çərçivəsində İran rəsmiləri Yelabuqa şəhərində (Tatarıstan Respublikası - red.) gələcək obyektin tikinti sahəsinə baxış keçiriblər. Tərəflər yeni zavodda ən azı 6 min pilotsuz təyyarə istehsal etməyi planlaşdırır.

Milli.Az