Haaqada yüzlərlə insan Quranın cırılmasına etiraz edib

6 Fevral 2023 08:30

Haaqada yüzlərlə insan Quranın cırılmasına qarşı küçələrə çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NOS televiziyası məlumat yayıb.

"Bu gün Haaqada yüzlərlə insan Pegida təşkilatının liderinin Quranı cırmasına etiraz edib" - deyə televiziya bildirib.

Etirazçılar dinc aksiya keçiriblər, heç bir insident qeydə alınmayıb.

Nümayişçilər sülh və ədalət şəhərində - Haaqada müqəddəs kitaba hücumu qəbuledilməz adlandırıblar.

Milli.Az