Ərdoğan: Bəziləri Putinlə birgə işimizdən narahatdır

6 Fevral 2023 08:20

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydında gənclərlə görüşündə bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə ehtiyacı olan ölkələrə ərzaq çatdırmaq üçün gördüyü işlər "bəzi insanları narahat edir".

"Cənab Putin dedi: "Gəlin biz taxıl göndərək, siz onu una çevirib yoxsul Afrika ölkələrinə göndərin". Bu, bəzilərini narahat edir, lakin biz düzgün hesab etdiyimiz şeyi edəcəyik" - Ərdoğan vurğulayıb.

Milli.Az