Xoyda 116 nəfər dəm qazından zəhərləndi

6 Fevral 2023 08:00

Qərbi Azərbaycan əyalətinin zəlzələ baş verən Xoy şəhərində çadırlara yerləşdirilən 116 nəfər dəm qazından zəhərlənib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gunaz TV məlumat yayıb.

Xatırladaq ki, fevralın 4-də ana və oğul müvəqqəti yerləşdirildikləri çadırda dəm qazından boğularaq ölüblər.

Yerli sosial media fəalları bildirirlər ki, hadisə normal istilik qurğuları olmadığı çadırlarda kömür yandırıldığı üçün baş verib.

Milli.Az