Roma Papası: Ukrayna savaşının ikinci günü...

5 Fevral 2023 23:43

Roma Papası Fransisk Ukraynadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə görüşlərə hazır olduğunu bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, Konqo Demokratik Respublikasına apostol səfərindən qayıtdıqdan sonra təyyarənin göyərtəsində jurnalistlərə deyib.

"Mən həm Ukrayna, həm də Rusiya prezidentləri ilə görüşə hazıram. Kiyevə getmədim, çünki o anda getmək mümkün deyildi", - o qeyd edib.

Pontifik xatırladıb ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan sonra ikinci gün o, Rusiya səfirliyinə piyada gedib və orada Rusiya səfiri Aleksandr Avdeyevlə görüşüb.

Milli.Az