Bu şirkət Ukrayna üçün tanklar istehsal edəcək

5 Fevral 2023 23:31

ABŞ-ın "General Dynamics" şirkəti Ukrayna üçün yeni "Abrams" tanklarının istehsalına başlayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" qəzeti yazıb.

Bildirilib ki, şirkətin Ohayo ştatındakı zavodu ayda təxminən 12 tank istehsal edir.

Qeyd edək ki, Pentaqon Kiyevə 31 ədəd "M1 Abrams" tankı tədarük etmək barədə qərar verib. Yerli mətbuatın məlumatına görə, "Abrams" tankları Ukraynaya 2023-cü ilin sonundan tez çatdırıla bilər.

Milli.Az