Lukaşenkonun malikəsini tapsanız, sizin olsun! - Eysmont

5 Fevral 2023 23:18

O ki, qaldı Belarus Prezidenti Aleksandr Lukaşenkonun xarici kapitallarına, malikanələrinə və s... Bilirsiniz, prezidentimiz bütün bu suallara çoxdan cavab verib. Mən burada sizə yeni heç nə deməyəcəyəm. Sadəcə, prezidentin illər əvvəl dediyini təkrarlayacağam: əgər indi intensiv olaraq sözügedən kapitalı axtaranlardan biri tapırsa, dərhal və dərhal onları özü üçün götürsün.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.

"Əgər onlar bu malikanəni tapsalar, sabah da ora köçsünlər", - o bildirib.

Milli.Az