Konqoda BMT helikopteri atəşə tutulub

5 Fevral 2023 22:25

Konqo Demokratik Respublikasında BMT helikopteri atəşə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, helikopter yerli vaxtla saat 15:00 radələrində Konqonun Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə uçarkən vurulub.

Bildirilib ki, helikopterin atəşə tutulması nəticəsində Cənubi Afrika Respublikasından olan BMT sülhməramlısı ölüb, bir nəfər isə yaralanıb.

Milli.Az