Azərbaycanda toyda dava: 2 yaralı

5 Fevral 2023 22:20

Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.

Mərasimdə düşən mübahisə zamanı, 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, daha 1 nəfər isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az