Avstraliyada buddist məbədi yandı

5 Fevral 2023 21:15

Avstraliyanın Melburn şəhərində buddist məbədində güclü yanğın baş verib, hadisə yerində yanğınsöndürənlər çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABC məlumat yayıb.

Bildirilib ki, 80-dən çox yanğınsöndürən 8 saat ərzində yanğını söndürməyə çalışıb. Məbədə ciddi ziyan dəyib.

Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Milli.Az