Lukaşenko canlı yayımda sualları cavablayacaq

5 Fevral 2023 20:39

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralda canlı yayımda "Prezidentlə Böyük Söhbət" aparacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus liderinin mətbuat katibi Natalya Eysmont deyib.

Mətbuat konfransına jurnalistlər, blogerlər və ictimai xadimlər dəvət olunacaq. Mövzu əsasən 2022-ci ilin nəticələrinə yönələcək:

"Prezident mümkün qədər açıq olacaq və jurnalistlərin bütün suallarını cavablandıracaq".

Milli.Az