Qızı Kayahanın villasını satır

6 Fevral 2023 03:35

Mərhum sənətçi Kayahanın evini qızı Beste Açar satışa qoyub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, malikanə Gömeçin "Gönül köyü" adlı yaşayış kompleksində yerləşir.

Villa 65 milyon lirəyə alıcılara təklif olunur.

Milli.Az