“Botoks vurduran kişilər “matışkə”dir”

5 Fevral 2023 17:31

Müğənni Səidə Sultan estetik prosedur etdirən kişiləri tənqid edib.

Milli.Az OLAY-a istinadən yazır ki, sənətçi bu haqda "Fəlidən doğru xəbər" verilişində danışıb.

Səidə botoks etdirən kişiləri "matışkə" adlandırıb:

"Estetiklərə çox yaxşı baxıram, gözəllikdir. Bir müddət gəldikdən sonra olmalıdır. Amma kişilər etdirirsə, onlar "matışkə"dir. Kişi heç vaxt botoks vurdurmur. Kişi elə kişidir, qulağını tükü olmalıdır, nə bilim, bığı olmalıdır. Yoxsa, əllərinə manikür-pedikür, onun mənimlə "bacı, ay bacı", nə fərqi var?... Mən Azərbaycan kişisinə onu yaraşdırmıram".

Milli.Az