Ukraynada Rusiyanın 131 mindən çox hərbçisi məhv edilib

5 Fevral 2023 16:11

Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 700 hərbçisini zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 131 290 hərbçisini məhv edib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 220 tank, 6 405 zirehli maşın, 1958 operativ-taktiki PUA, 2226 artilleriya sistemi, 460 reaktiv yaylım atəşi sistemi, 227 hava hücumundan müdafiə sistemi, 294 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 091 avtomobil və tanker, 203 xüsusi texnikadan ibarətdir.

Milli.Az