Kanada dörd "Leopard 2" tankından birincisini Ukraynaya göndərib

5 Fevral 2023 18:11

Kiyevə vəd edilən dörd "Leopard 2" tankından birincisi Kanadadan Ukraynaya göndərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand deyib.

"Döyüş tankları Ukraynanın köməyinə gedir. İlk Kanada "Leopard 2" artıq yoldadır", - deyə nazir öz "Twitter" səhifəsində yazıb.

A.Anand göyərtəsində avadanlıq olan Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Halifaksdan (Yeni Şotlandiya vilayəti) havaya qalxdığını açıqlayıb.

Milli.Az