Vətəndaşlar Türkiyəyə 15 gündən bir öz avtomobilləri ilə gedib-gələ biləcəklər - Naxçıvan sərhədində yenilik

5 Fevral 2023 10:54

Xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

Milli.Az xəbər verir ki, bu qərarla bağlı yeni detallar məlum olub.

Yeni məlumat odur ki, yalnız Naxçıvan qeydiyyatında olan vətəndaşlar Türkiyəyə 15 gündən bir öz avtomobilləri ilə gedib-gələ biləcəklər.

Ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların isə yalnız Azərbaycana girişinə icazə verilir, çıxışına yox. 

Bu barədə quru yolla Türkiyəyə gedib-gələn vətəndaşlar Naxçıvan TV-yə danışıblar və onlar da məlumatı təsdiq ediblər.

Milli.Az