Hərbçilərlə terrorçular arasında atışma: 11 nəfər həlak oldu

5 Fevral 2023 11:01

Suriyanın Latakiya əyalətində hərbçilərlə "Cəbhət ən-Nusra" terror qruplaşması arasında silahlı toqquşma zamanı 11 nəfər həlak olub.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir. 

Məlumata görə, qarşıdurma zamanı həlak olanlardan 6-sı cinayətkar təşkilatın üzvü olub.

Qeyd edilir ki, terrorçular əyalətin şimalındakı Tellet əl-Burkan bölgəsində pis hava şəraitindən istifadə edərək əsgərlərə hücum edib.

Milli.Az