“Qızıl Xaç” Qarabağdan Ermənistana 70 xəstə aparılıb

4 Fevral 2023 23:51

Beynəlxalq Qırmızı Xaç Komitəsi fevralın 4-də daha 6 xəstəni Qarabağdan Ermənistana aparıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediası xəbər verir.

Əlavə olunub ki, "Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanmasından indiyədək" (?-M.) Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri ilə 70 xəstə Ermənistana aparılıb. Bununla da "blokada" barədə iddianın cəfəng olduğu etiraf edilib.

Milli.Az