Qusarda 94 yaşlı qadın özünü asaraq intihar edib

4 Fevral 2023 23:26

Qusar rayonunun Laza kənd sakini, 1929-cü il təvəllüdlü Pirəliyeva Nazpəri Şərif qızı yaşadığı evdə özünü asıb.

Milli.Az "Report"a istinadən bildirir ki, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az