Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

4 Fevral 2023 23:24

Xaçmazın Çarxı kəndi istiqamətində "VAZ-2106" markalı avtomobil yolu keçən piyada, 1962-ci il təvəllüdlü Cəfərov Rahid Dadaşbala oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Cəfərovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, R.Cəfərovun sərxoş olub.

Fakt araşdırılır.

Milli.Az