Zelenski Rişi Sunakla telefonla danışdı

4 Fevral 2023 22:32

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.

Bu barədə Ukrayna lideri "Twitter"də paylaşım edib.

O bildirib ki, gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançılar iştirak etməməlidir:

"Mən Rişi Sunaka ukraynalı hərbçilərin "Challengers" tanklarında təlimlərə başlaması ilə əlaqədar təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq", - deyə Zelenski qeyd edib.

Milli.Az