Konqresmenlərdən Türkiyəyə F-16 şərti...

4 Fevral 2023 21:33

ABŞ-da 27 senatorun imzası ilə Prezident Co Baydenə Türkiyə əleyhinə məktub ünvanlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, u barədə "Milliyət" məlumat yayıb.

"İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqləyənə qədər Konqres Türkiyəyə 20 milyard dollarlıq F-16 satışını dəstəkləyə bilməz. NATO-ya üzvlük protokolları Türkiyə tərəfindən təsdiqləndikdən sonra Konqres F-16-ların satışını nəzərdən keçirməlidir. Bunlara əməl etməmək satışla bağlı şübhələrin yaranmasına səbəb ola bilər", - məktubda bildirilib.

Milli.Az