Şəmkirdə qardaş bacısını öldürdü - TƏFƏRRÜATLAR - YENİLƏNİB

4 Fevral 2023 19:52

Şəmkir rayonunun Sabirkənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə qadının ata evində baş verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqlanıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Ş.Şərifli polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

18:34

Şəmkirdə qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Qənirə Şərifova qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şərifli tərəfindən bıçaqla qətlə yetirilib.

Şaiq Şərifli Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az