Baxmutda könüllü xidmət göstərən amerikalı həkim həlak olub

4 Fevral 2023 16:05

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində dinc əhaliyə yardım edən amerikalı könüllü həkim Pit Rid həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, o, mülki şəxslərə tibbi yardım göstərərkən öldürülüb.

ABŞ Dövlət Departamenti məlumatı təsdiqləyib.

Qeyd edək ki, Baxmutda şiddətli döyüşlər gedir.

Milli.Az