Messi PSJ ilə danışıqları təxirə salıb

4 Fevral 2023 15:00

Argentina millisinin futbolçusu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzatmağa tələsmir.

Milli.Az report-a istinadən bildirir ki, 36 yaşlı hücumçu mövsümün sonunda Paris təmsilçisində qalacağına əmin deyil.

Təcrübəli forvard bu səbəbdən rəhbərlikdən vaxt istəyib və danışıqlar təxirə salınıb.

Qeyd edək ki, Messi 2021-ci ildən PSJ-də çıxış edir.

Milli.Az