Qadın yol qəzasında öldü

14 May 2010 11:32
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza mayın 13-də saat 16:30 radələrində Z.Bünyadov prospekti ilə İ.Qayıbov küçəsinin kəsişməsində baş verib.

Vüqar Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Elmira Ağalarovanı vurub. Ağır xəsarətlə 1 saylı şəhər xəstəxanasına çatdırılan zərərçəkmiş orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az