Səudiyyə diplomatlarını Əfqanıstandan çıxardı

5 Fevral 2023 20:00

Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk edərək ölkəyə qayıdıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə əfqan mətbuatı məlumat yayıb.

Məlumata görə, fevralın 1-də Əfqanıstanın "Kam Air" aviaşirkəti Səudiyyə səfirliyinin əməkdaşlarını Kabidən Ər Riyada aparıb.

Bildirilib ki, diplomatik missiyanın əməkdaşlarının ölkəni tərk etməsinə səbəb Talibanın onlara öz vəzifələrini yerinə yetirməyə icazə verməməsi olub.

Milli.Az