2013-cü ildə Rusiyaya köçən və vətəndaşlıq alan fransalı aktyor Jerar Depardye Ukraynaya dəstək olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Le Figaro"ya müsahibəsində bildirib:
"Rusiya vətəndaşı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibədən qaçqın statusu vermələrini xahiş edirəm".
Qeyd edək ki, Depardye Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəmişdi. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.
Milli.Az