Notr-Dam kilsəsi gələn il açılacaq

4 Fevral 2023 08:29

Fransada güclü yanğından zərər çəkən Notr-Dam kilsəsinin bərpası davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, kafedral 2024-cü ilin sonunda öz qapılarını ziyarətçilərin üzünə açmağı planlaşdırır.

Bildirilib ki, 2023-cü ilin sonuna qədər kafedralın şpilinin (dam - red.) qaytarılması planlaşdırılır. Konstruksiya üçün 500 ton palıd ağacı, örtük və bəzək üçün 250 ton qurğuşun işlənib.

Xatırladaq ki, yanğın 2019-cu ilin aprelində Notr-Dam kilsəsi yanıb. Xilasedicilər yanğınla 14 saatdan çox mübarizə aparıblar. Hadisə nəticəsində kafedralın binasına ciddi ziyan dəyib.

Milli.Az