Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

4 Fevral 2023 08:17

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü Baxşəliyev Namiq Ağabala oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az