ABŞ Dövlət Katibi Entoni Blinken Çinə səfərini ləğv edib.
Bu barədə Dövlət Departamentindən məlumat verilib.
Bildirilib ki, Blinken Çin xarici işlər naziri Vanq Yini səfərin ləğv edilməsi ilə bağlı məlumatlandırıb:
"Dövlət katibi Çinin bəyanatına diqqət çəkib, lakin əlavə edib ki, bu, məsuliyyətsiz hərəkətdir və suverenliyin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır".
Milli.Az