Sədat Önal Türkiyənin BMT-dəki nümayəndəsi oldu

4 Fevral 2023 08:38

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar verib.

Digər qərarla Firudin Hadi Sinirlioğlu sözügedən vəzifədən azad olunub.

Milli.Az