Qərb buna görə Rusiyanı məğlub etmək istəyir

3 Fevral 2023 21:48

Qərb Moskvanın məğlubiyyəti üçün çox güclü şəkildə Kiyevi dəstəkləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransanın ABŞ və BMT-dəki keçmiş səfiri Jerar Haro bildirib.

"Qərb Ukraynanın tərəfindədir və Kiyevin məğlubiyyətinin qarşısını almaq üçün əlindən gələni edəcək. Ukraynanın məğlubiyyəti Qərbin məğlubiyyəti və bütün dünya ilə münasibətdə nüfuzunun itirilməsi olar", - Haro vurğulayıb.

O hesab edir ki, hazırda münaqişə şiddətli döyüşlər mərhələsinə keçir.

Milli.Az