Pornoqrafiya beyni necə kütləşdirir?
23 Aprel 2012 18:28
Alimlərin son araşdırmaları göstərir ki, belə əxlaqsız filmlərə baxış zamanı beyində vizual qıcıqlandırıcılara məsul olan bölgələr işdən "çıxır".
Hər halda qadınlarla kişilərin tam əksəriyyətində belə hallar müşahidə olunur.
Milli.Az "LiveScience"a istinadən bildirir ki, Qroningen Universitetinin bir qrup alimi 12 sağlam, heteroseksual qadının beynindəki ilkin görmə qılafını skanlaşdırıb.
Qadınların hamısı hormonal kontrasepsiya preparatları qəbul edirdi.
Laboratoriya eksperimenti zamanı qadınlara pornoqrafik filmlər nümayiş olunub.
Filmləri seyr edərkən qadınlar beynin müxtəlif hissələrindəki qan dövranını qeydiyyata alan pozitron-emissiya tomoqrafiyası vasitəsilə araşdırılıblar.
Beynin hər hansı bölgəsinə qan axınının güclənməsi həmin bölgənin aktivləşməsinə dəlalət edir. Lakin araşdırmalar göstərib ki, əxlaqsız filmlərə tamaşa edərkən qadınların beyinlərinin bir çox bölgələri ümumiyyətlə, "sönmüş" durumda olub.
Bu isə belə filmlərə, şəkillərə və ya videolara baxan insanların sürətli əqli tənəzzülə uğramasına səbəb olur.
Milli.Az