Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?

7 Fevral 2023 21:55

Aşura günündə İmam Hüseyn (ə) və silahdaşları şəhid edildikdən sonra əksəriyyətinin başı bədənindən ayrılıb nizələrin ucuna taxıldı və Kufəyə aparıldı.

Başsız bədənlərin üzərindən Yezidin əsgərləri at sürüb cənazələri təhqir etdilər. Bundan sonra qoşun Kərbəladan çıxıb getdi, cənazələr isə yerdə qaldı. Üç gündən sonra yaxınlıqda məskunlaşmış Bəni-Əsəd qəbiləsinin üzvləri gəlib şəhidlərin cənazəsini dəfn etdilər. İmam Hüseynin (ə) cənazəsinin dəfninə gəlincə, şiə rəvayətlərinə görə, bu işi İmam Zeynülabidin (ə) yerinə yetirmişdir. O həzrət, uzaqda və əsirlikdə olsa da, möcüzəvi şəkildə Kərbəlada görünmüş və atasını dəfn etmişdir. Şiə mənbələrində yazılır ki, məsumun dəfnini yalnız məsum həyata keçirə bilər.

Milli.Az