Bu da Nəvainin yeni köçdüyü dəbdəbəli mənzili - VİDEO

4 Fevral 2023 00:22

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirovun aldığı dəbdəbəli yeni evinin görüntüləri üzə çıxıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, yeni mənzilə köçdüyü ilə bağlı sənətçinin konsert rəhbəri Rauf Həsənov sosial şəbəkə hesabında məlumat yayıb.

Bəkirovun evinə yollanan Rauf onun yataq otağını çəkib. Diqqət çəkən məqam isə hamam otağının şəffaf şüşə ilə əhatə olması olub.

Hamamın əsas hissəsini isə "caqquzi" təşkil edib. Şəffaf şüşəni isə yandırıb-söndürmə mexanizm ilə "mat"a çevirmək olub. Belə olan halda hamamda işıq yansa da, sönsə də daxili otaqdan görsənmir.

Milli.Az