Qadınların “intiqam botoks”u nədir? - Aldadılanlar...

5 Fevral 2023 17:20

Müasir dövrdə qadınların ən önəmli məqsədi gözəl simaya sahib olmaqdır. Əvvəllər bəlli bir yaşdan sonra estetik əməliyyata müraciət edilirdi. Amma indi isə bu qadınlar arasında adi bir hala çevrilib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, qadınların üzlərində apardıqları prosedurların bir digər səbəbi intiqam istəyindən irəli gəlir.

Belə ki, mütəxəssislər xanımların bir çoxunun qisas almaq üçün botoksa müraciət etdiyini açıqlayıb.

Onlar botoks prosesinin qadınlarda özünə inamı oyandırdığını, depressiya, təzyiq və baş ağrısı kimi sağlamlıq problemlərinə yaxşı təsir etdiyini bildiriblər.

Bu barədə dermatoloq Akman Karakaş bu sözləri deyib:

"Bir xeyli qadın pasiyentlərimiz var. Amma həmin qadınların arasında aldadılanların sayı daha çoxdur. Buna görə də xəyanətə uğrayan xanımlara dəstək məqsədilə yeni bir növ "intiqam botoksu" təklif edirik. Bu botoks vasitəsilə kişilər nələr itirdiklərini görəcəklər". 

Milli.Az