Naxçıvan Dövlət İmtahan Mərkəzində yoxlamalar keçirilir

3 Fevral 2023 12:16

Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gündən mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar keçirir.

Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu imtahanın suallarının satılması ilə bağlı iddiadır.

Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev APA-ya açıqlamasında təsdiq edib.

Milli.Az