Bakıda binanın girişində kişi meyiti tapıldı

14 May 2010 11:18
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, meyit Naxçıvanski küçəsində yerləşən yaşayış binasının girişində, pilləkənlərin qarşısında aşkarlanıb.
Təxminən 30-35 yaşlarında olan kişi meyitinin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub, mərhumun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Anar Məmmədov
Milli.Az