"Pandemiyadan sonra başımız daşa dəydi" - VİDEO

3 Fevral 2023 14:00

Uzun müddətdir Türkiyəyə köçən müğənni Elçin Cəfərov Bakıya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Səhərin səsi" verilişində qonaq olub. O, pandemiya ərəfəsində yalnız İstanbulda olduğunu bildirib:

"Pandemiyadan sonra başımız daşa dəydi. Hərə öz başına bir çarə axtardı və qıldı. Mən də İstanbula getdim. Musiqiçilərə çox təsir etdi. Mahnılar yazırdım. Özüm üçün yazdıqlarımı həmkarlarıma verdim. O ərəflərdə mahnılarım istənildi və mən də saxlamadım".

Elçin oğlu Candan da danışıb:

"Azərbaycanda məktəbə qədərə gedir. İyunda altı yaşı olacaq və məktəbə gedəcək. Musiqi duyumu və ritmi var. Amma oxumur. İstedadı olsa, onun da müğənni olmasını istəyirəm".

Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla evlidir.

Milli.Az