İsrailin Dəmir Qübbə sistemi MLRS raketlərini və ya idarə olunmayan taktiki raketləri vurmaq üçün əlverişlidir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Zbanatski bildirib.
Ekspert qeyd edib ki, sözügedən sistem böyük ərazilərə nəzarət edə bilməyəcək:
"Onlar bəzi kiçik əraziləri qanadlı raketlərdən müdafiə edə bilərlər. Dəmir Qübbə bizə az sayda olsa da, lazımdır. Paytaxtın mərkəzi rayonlarını əhatə edə bilər".
O hesab edir ki, Dəmir Qübbə cəbhəyanı şəhərlər üçün uyğun deyil:
"Çünki bu müdafiə sistemi o qədər çox mərmi və raketin öhdəsindən gələ bilməyəcək".
Milli.Az