Nigar Camal TikTok-dakı gəncləri tənqid etdi

3 Fevral 2023 10:09

"Avroviziya" qalibi Nigar Camal TikTok-dakı gəncləri tənqid edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "Səhər mərkəzi" proqramında bu mövzuda cavanlardan narazı olduğunu bildirib:

"TikTok-dan narazıyam. Gənclərimiz TikTok xəstəsidir. Orada o qədər mədəniyyətsiz, qabarıq hadisələr baş verir ki... Çox pis şəkildə... Bu, ancaq bizdə belədir. Başqa ölkələrdə baxırsan ki, belə deyil. TikTok hesabım var, amma sevmirəm və girmirəm".

Camal "Qızlarına TikTok-a girməyə icazə verirsən" sualına isə belə cavab verib:

"Qızlarıma TikTok-a girməyə icazə verirəm, onlarda onsuz da İngiltərə seqmentidir deyə, rahatam".

Milli.Az