"Yuventus" yarımfinala çıxdı - VİDEO

3 Fevral 2023 08:54

Futbol üzrə İtaliya Kubokunun 1/4 final mərhələsində "Yuventus" və "Latsio" klublarının qarşılaşması baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Turində keçirilən qarşılaşma "Yuventus"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 44-cu dəqiqədə Bremer vurub.

Beləliklə, Yuventus İtaliya Kubokunun yarımfinal mərhələsinə yüksəlib. Yarımfinalda "Yuventus" "İnter"lə qarşılaşacaq.

Milli.Az