Rusiya gizli səfərbərliyə başlayır: körpülər dağıdılacaq

3 Fevral 2023 08:30

Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Tavoljanka ərazisində rus ordusu yol infrastrukturunu, minalanmış körpüləri, bəndləri və keçidləri dağıtmağa hazırlaşır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Rusiyanın Donetsk vilayətinin müvəqqəti zəbt olunmuş ərazilərində gizli səfərbərliyə hazırlaşdığı bildirilib:

"Xüsusilə, Qorlovka şəhərində bütün büdcə və bələdiyyə qurumlarına ehtiyatda olan şəxslərin siyahılarını hərbi komissarlığa təqdim etmək tapşırılıb. Bütün bu şəxslərə düşmənin xüsusi komissiyaları baxacaq, ardınca düşmən sıralarında hərbi xidmətə çağırılacaq".

Milli.Az