"Firefox" da smartfon hazırlayıb

23 Aprel 2012 19:04
Milli.Az "Mashable"a istinadən bildirir ki, bunu "Mozilla Foundation"un baş direktoru Qeri Kovaç San-Paulu şəhərində keçirdiyi mətbuat konfrasında deyib.
"TechCrunch"a görə, "Firefox"un ilk smartfonu bu ilin sonu - 2013-cü ilin əvvəlində satışa çıxarılacaq.

"B2G" əməliyyat sistemi HTML5, JavaScript və CSS3 veb-standartları əsasında çalışır. Bunun nəticəsində əməliyyat sisteminin onlayn-əlavələrlə uyğunlaşması sürətli olacaq. "Android"dəki tək pulsuz lisensziya isə əməliyyat sisteminin smartfon istehsalçıları arasında yayılmasına rəvac verə bilər.

"Open Web Devices" (OWD) adlı "açıq" internet-qurğular layihəsini "Mozilla" şirkəti İspaniyanın "Telefonica" mobil operatoru ilə birlikdə reallaşdırır.

"Telefonica" rəhbərliyinin açıqlamalarında deyilir ki, OWD-qurğular "iPhone" smartfonlarından 10 dəfə ucuz olacaq.

Milli.Az